NATO PA-nın illik sessiyası başlayır


16:04     08 Oktyabr 2015 meeting_at_nato_headquarters_in_brussels_2010.jpg

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 61-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Norveç Krallığına səfər edəcək.


Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Stavanger şəhərində keçiriləcək tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, dünyanın bir sıra bölgələrində yaranmış münaqişə ocaqlarının aradan qaldırılması yolları, terrorizmlə mübarizə və digər aktual məsələlər ətrafında müzakirələr aparılacaq.

Deputatımız müzakirələrdə çıxış edərək, gündəlikdə duran məsələlər barədə öz fikirlərini səsləndirəcək.

Səfər oktyabrın 12-də başa çatacaq.

Açar sözlər:

Oxunub: 892