DİQQƏT! 2 marşrutun hərəkət sxemi dəyişdi


11:13     19 Sentyabr 2018 yanvar-ayinda-61-sayli-marsrut-xttin-yeni-avtobuslar-cixarilacaqc88ab3d062f561559682.jpg

"Xətai" stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.



Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 598