Azərbaycandan Rusiyaya gedən onlarla yük maşını saxlanıldı


11:26     19 Sentyabr 2018 2018/09/yuk_1537342226.jpg

Azərbaycana məxsus 30-dan çox meyvə dolu yük avtomobili Rusiya gömrüyü tərəfindən bu ölkəyə buraxılmayıb.



Onların saxlanmasına səbəb daşıdıqları yükün normadan artıq olmasıdır.

Sürücülər iddia edirlər ki, onların bəzilərinin yükü normadan 20 kq, bəzilərinin yükü isə 50-100 kq artıqdır.

Sürücülər geri qayıtmaq istəsələr də, Rusiya tərəfi onlara icazə verməyib. Buna görə sürücülər yük maşınlarında olan meyvələrin qısa zamanda məhv olacağından narahatdırlar.


Femida.az

Açar sözlər:

Oxunub: 675