İrandan gələn qadının yükündən heroin çıxdı - VİDEO
11:42 19 Sentyabr 2018
İrandan gələn vətəndaşın əl yükündə narkotik vasitə-heroin aşkarlanıb
Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə İran İslam Respublikası vətəndaşı Mahdioghli Roghayeh Hasan qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirməsi barədə əməliyyat məlumatı daxil olub.
Femida.az xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşın üzərinə və əl yüklərinə baxış keçirilib.
Baxış zamanı, vətəndaşa məxsus içərisində şəxsi əşyalar olan yük çantasında, 1 ədəd sellofan torbanın içərisində müxtəlif rəngli şarlara bükülmüş 10 ədəd yumru formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində açıq qəhvəyi rəngli, ümümi çəkisi 555 qram olan narkotik vasitə-heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1152
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək