Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Bu il 21 rayon içməli su ilə təmin olunacaq


13:10     19 Sentyabr 2018 18_09_19_1537348291.jpg


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu il 21 rayonun içməli su ilə təchizatını yaxşılaşdıracaq.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq: " Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq. Ümumilikdə 2018-ci ildə dövlət investisiya layihələri də daxil olmaqla “Azərsu” ASC tərəfindən icra olunan layihələr çərçivəsində 21 rayonunun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 216