Bir nazir işdən çıxardı, digər nazir işə götürdü


13:14     19 Sentyabr 2018 18_09_19_1537348561.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.

Femida.az Unikal.org-a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Samir İdayətov Milli Geoloji Kəşfiyyat xidmətinin rəis müavini təyin olunub.

Nazirlikdən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Samir İdayətov bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun rəhbəri olub. O, Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə vəzifəsindən azad olunub.

Femida.az

Açar sözlər: #ekologiya   #nazir  

Oxunub: 2146