Kürdəmirdəki güllələnmə ilə bağlı - Rəsmi açıqlama


13:15     19 Sentyabr 2018 tufeng20150725.jpg

Sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılmış və ondan cinayətdə istifadə etdiyi “Girsan” markalı ov tüfəngi götürülüb.


Femida.az

Açar sözlər:

Oxunub: 1071