Rusiya XİN-dən Ermənistanın Azərbaycana müharibə elan etməsi qərarına MÜNASİBƏT


14:48     19 Sentyabr 2018 18_09_19_1537354181.jpg


"Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir".

Femida.az xəbər verir ki, bunu Trend-in Ermənistan parlamentinin "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

XİN-dən deyiblər: "Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.

Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #XİN   #müharibə   #Qarabağ  

Oxunub: 460