Bakıda E-ticarət mövzusunda master-klas keçiriləcək
15:35 19 Sentyabr 2018
24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə keçirilən Bakı Elektron Ticarət Forumu çərçivəsində tanınmış beynəlxalq ekspertlər tərəfindən “E-ticarət bacarıqlarının inkişaf etdirilməsi” üzrə master-klas təşkil olunacaq.
Femida.az xəbər verir ki, gənclərin və startapçıların böyük marağına səbəb olacaq seminarın əsas natiqi qismində “Grow Global” kitabının müəllifi kimi məşhurlaşan böyük britaniyalı Sarah Karrol çıxış edəcək. Master-klasda iştirak etmək üçün sentyabrın 21-i saat 16:00-dək Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsi ilə əlaqə saxlayaraq ([email protected], tel.: (012) 5391797) qeydiyyatdan keçmək tələb olunur.
Bakı Elektron Ticarət Forumu elektron ticarət dünyasının cari il üzrə ən maraqlı beynəlxalq tədbirlərindəndir və bir çox yeniliklərlə yadda qalacaq.
İki gün davam edəcək foruma 300-dən artıq yerli və xarici iştirakçının qatılıcağı gözlənilir.
Tədbirdə beynəlxalq təşkilatlar, dövlət qurumları, kiçik və orta sahibkarlar, startaplar, icitmai təşkilatlar və investorlar təmsil olunacaq.
Forum iştirakçıları elektron ticarət sahəsində zəngin təcrübəyə malik olan tanınmış spikerləri dinləmək, e-ticarət ilə bağlı təsəvvürü və bilik dairəsini genişləndirmək, habelə praktiki vərdişlərə yiyələnmək imkanı qazanacaq.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb