Azərbaycan-Türkiyə vəkillərinin həmrəylik günü təsis edilib


15:39     19 Sentyabr 2018 2018/09/hemrey_1537357357.jpg


Bu il sentyabr ayının 15-i Bakının işğaldan azad olunmasının 100-cü ildönümü təntənəli surətdə qeyd edilib. Məhz həmin gün - 1918-ci il sentyabrın 15-də türk generalı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-daşnak və bolşevik işğalından azad etmişdir.


Femida.az xəbər verir ki, bu əlamətdar hadisənin Azərbaycan və Türkiyənin vəkillik cameələri tərəfindən yaddaqalan şəkildə qeyd olunması, iki ölkə vəkilliyinin həmrəyliyinin nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəhbərliyinin bu ilin mart ayında Türkiyəyə rəsmi səfəri zamanı hər iki ölkənin vəkillik təşkilatlarının rəhbərliklərinin razılığına əsasən, 15 sentyabr günü Türkiyə və Azərbaycan vəkil təşkilatlarının rəhbərləri bir-birinin vəkil mantiyalarını geyinib, xatirə fotosu çəkdiriblər.

Bundan əlavə, Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədri Metin Feyzioğlu eyni gün bu əlamətdar hadisə ilə bağlı Azərbaycan xalqını və Azərbaycan vəkillərini təbrik edib, bu ildən başlayaraq hər ilin 15 sentyabr tarixi Azərbaycan-Türkiyə vəkillərinin dostluq-həmrəylik günü kimi qeyd olunacağını bildirib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası iki qardaş ölkənin vəkillik qurumları arasındakı əməkdaşlığın və dost münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə və hər iki ölkədə vəkil peşəsinə töhfələr verməyə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1093