Müdafiə naziri hərbi texnikanın döyüş qabiliyyətini yoxladı


15:55     19 Sentyabr 2018 18_09_19_1537358013.jpg

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Təlimlər davam edir.

Femida.az

Açar sözlər: #müdafiə   #MN   #nazir   #Zakir_Həsənov   #cəbhə   #ordu  

Oxunub: 1117