Ukrayna Miqrasiya Xidmətinin sədri Bakıdadır

Ukrayna Miqrasiya Xidmətinin sədri Bakıdadır


15:59     19 Sentyabr 2018 2018/09/42182-1537357469_1537358468.jpg

Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib


Dövlət Miqrasiya Xidmətindən Femida.az-a verilən xəbərə görə, Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad edib.

Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovla Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşdə dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən ukraynalıların tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqları, ikitərfəli münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin önəmli rolu vurğulanaraq Prezident İlham Əliyevin və Ukrayna rəhbərliyinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın strateji tərəfdaşlığadək inkişaf etdiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, dövlətlərimizin ikitərəfli münasibətlərinin əsasını “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” Müqavilə və “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamə təşkil edir.

Bildirilib ki, bundan başqa “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında”, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" sazişlərin böyük əhəmiyyəti var.



Miqrasiya sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsinin aparıldığı görüşdə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Ukraynanın Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" layihələri müzakirə olunub və hər iki sənədin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyi qeyd edilib.



Həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılan görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin miqrasiya orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib, eyni zamanda miqrasiya orqanları arasında qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyinə toxunulub.



Qeyd olunub ki, Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etməsinə öz töhfəsini verəcəkdir. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko görüşdə iştirak edib. Nümayəndə heyəti Xidmətdə faəliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub. Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyuk Muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Sonra qonaqlar Xidmətin Çağrı mərkəzi və Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələrinin işi ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.



Femida.az

Açar sözlər:

Oxunub: 688