Şadlıq evinin administratoru xadiməni zorladı - Bakıda
16:17 19 Sentyabr 2018
Bakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib.
Femida.az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Binəqədi rayonu hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumatlara görə, sentyabrın 18-də rayonun 5-ci polis bölməsinə 40 yaşlı paytaxt sakini (etik səbəblərə görə adını açıqlamırıq) müraciət edib. Qadın deyib ki, uşaqlarını saxlamaq üçün Süleyman Sani Axundov küçəsində yerləşən şadlıq saraylarından birində xadimə işləyib. Onun sözlərinə görə, tez-tez toy mərasiminin sonunadək işini bitirmək üçün gec saatlara kimi işdə qalıb.
Zərərçəkmiş deyib ki, sentyabrın 17-dən 18-ə keçən gecə şadlıq evinin administratoru onu zorlayıb.
Hazırda faktla bağlı materialların rayon prokurorluğuna verilməsi üçün işlər aparılır. Hələlik saxlanılan yoxdur.
Xatırladaq ki, bu, son ayda Bakıda yeddinci zorlama faktıdır.
Femida.az
Oxunub: 2726
Oxşar xəbərlər
- Kapitan gəmidə qadını zorlamaq istədi
- İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Ermənistan müxalifətinin lideri zorlamaya görə məhkum olunub
- Qatil əsgər: “Məni zorlamaq istəyirdilər” – Kadırov təcili vəkil göndərdi
- Sevgilisi tərəfindən zorlandığını iddia edən qız efirə çıxdı (VİDEO)
- Bakıda gəlinini baltalayan qayınata haqda ŞOK DETAL- Zorlamaya görə məhkum olunub
- "12 yaşımda sinif yoldaşım məni tualetdə zorladı" - Bakıda dəhşətli hadisə
- Ağaclıq ərazidə qrup şəklində zorlama iddiası - Qadın polisə şikayət etdi
- Bakıda 16 yaşlı qız zorlanıb
- 12 yaşlı uşağı zorlayan Əmrahı bu hala saldılar- VİDEO