İŞİD-ə qarşı əməliyyat keçirdi: 15 terrorçu məhv edildi


18:04     19 Sentyabr 2018 2018/09/iraq-ordusu_1537360630.jpg

İraqın qərbindəki Ənbar əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.


Femida.az-ın məlumatına görə, əməliyyat nəticəsində İraq hərbçiləri 15 İŞİD üzvünü məhv edib.

Qeyd olunur ki, hərbçilər Suriya ilə sərhəd bölgəsində yerləşən mağaranı hədəf alıb.

Ənbar əyalətində İŞİD-ə qarşı əməliyyatlar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1682