Daha bir kəndə təbii qaz verilib
19:28 19 Sentyabr 2018
Qax rayonunun Meşəbaş kəndinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, 90 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Femida.az
Oxunub: 830
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb