Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır
17:05 19 Sentyabr 2018
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işləri davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, yolun sözügedən hissəsində Quba istiqaməti üzrə aparılan təmir işləri artıq yekunlaşdırılıb. 20 sentyabr tarixindən yolun əks, yəni Bakı şəhəri istiqamətində olan hissəsində təmir işlərinə start verilir. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Femida.az
Oxunub: 808
Oxşar xəbərlər
- Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, ölən var
- Bakı-Quba yolunda qəza olub - FOTO
- Bakı-Quba yolunda təmir işlərinə başlandı
- Bakı-Quba yolunda qorxunc hadisə - 5 NƏFƏR...
- Bakı-Quba yolunda qəza baş verib
- Bakı-Quba yolunda iki maşın toqquşub, ölən və xəsarət alan var
- Bakı-Quba yolunda ağır qəza oldu - 3 nəfər xəsarət aldı (VİDEO)
- Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb
- Bakı-Quba yolunda çatlar yaranıb
- Bakı-Quba yolu yenidən qurulacaq