Yol polisindən sürücülərə Aşura xəbərdarlığı
17:12 19 Sentyabr 2018
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.
DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Femida.az-a bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər.
“Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik” -, deyə V.Əsədov vurğulayıb.
Femida.az
Oxunub: 933
Oxşar xəbərlər
- Yol polisi sürücülərə çağırış edib
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Yollar nə vaxt açılacaq?
- Yol polisi sürücülərə müraciət edib
- Yol qəzalarında daha 4 nəfər ölüb
- Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Yol polisi Samuxda reyd keçirib
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi