Xaçmazda 12 yaşlı oğlan göldə boğulub- Yeniləndi

Xaçmazda 12 yaşlı oğlan göldə boğulub- Yeniləndi


17:42     19 Sentyabr 2018 denizde-boguldu.jpg

Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.


Femida.az FHN-ə istinadən xəbər verir ki, H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***

Xaçmaz rayonunun Qobuqıraq kəndində göldə 1 nəfərin batdığı ehtimal olunur.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Batan şəxsin kimliyi müəyyənləşdirilir.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1061