Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edildi


18:27     19 Sentyabr 2018 kreslo.jpg

Prezident İlham Əliyev Sadiq Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər MİDA İdarə Heyətinin sədri postu boş idi, S.Sadıqov isə sədr müavini vəzifəsini tuturdu.

Açar sözlər:

Oxunub: 486