Bakı metrosunda texniki nasazlıq yaranıb

Bakı metrosunda texniki nasazlıq yaranıb


21:54     19 Sentyabr 2018 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg

Bakıda metroda qatarda texniki nasazlıq yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun "28 May" stansiyasında baş verib.

"İçəri Şəhər"-" Həzi Aslanov" marşrutu üzrə hərəkətdə olan qatar "28 May" stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatar "Nizami" stansiyası ilə "28 May" stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə "Nəriman Nərimanov" stansiyasına qədər gələrək sərnişinləri düşürüb, Depoya göndərilib.

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini davam etdirir, intervalda problem yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 568