Sevil Nuriyevanın əri güllələndi - SON DƏQİQƏ

Sevil Nuriyevanın əri güllələndi - SON DƏQİQƏ


23:34     19 Sentyabr 2018 gullelenmek.jpg


Türkiyədə yaşayan azərbaycanlı iş adamı Etimad İsmayılov bir neçə dəqiqə öncə güllələnib. Hadisə iş adamının İstanbuldakı ofisində baş verib. O, silahlı hücuma məruz qalıb.

Femida.az hadisə ilə bağlı Türkiyə mətbuatına istinadən xəbər verir. E. İsmayılov başından 2, sinəsindən 1 güllə ilə vurulub. Yaralanan İsmayılov xəstəxanaya çatıdırlsa da, onun həyatını xilas etmək ümümkün olmayıb.

Silahlı hücumu törədən və daha sonra hadisə yerindən qaçan şəxsin də azərbaycanlı olduğu iddia olunur. Belə ki, İstanbul polisi Gözəl Damirov adlı şübhəlinin yaxalanması üçün əməliyyatlara başlayıb.

Qeyd edək ki, Etimad İsmayılov Türkiyədə yaşayan azərbaycanlı jurnalist Sevil Nuriyevanın əridir.

Hadisənin detalları barədə əlavə məlumat veriləcək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #jurnalist   #Türkiyə   #işadamı   #kriminal  

Oxunub: 7180