Bəhreyn Şurasının sədri Bakıya gəlib
09:11 20 Sentyabr 2018
Bəhreyn Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.
Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Əhməd bin İbrahim Əl-Mullanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Femida.az
Oxunub: 417