Bu gündən “Planetlərin paradı” başlayır
16:54 08 Oktyabr 2015
Bu ay ərzində Yer sakinləri “Planetlər paradı” adlandırılan kosmik hadisəni müşahidə edə biləcəklər.
Femida.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadən verdiyi məlumata görə, parad bu gün başlanacaq. Bu zaman Yer kürəsinin təbii peyki olan Ay səhər səmasında planetlər qrupu ilə yaxınlaşacaq. Bu kosmik hadisə 24 oktyabrda Merkurinin "xətti" pozaraq səhər səmasından yox olması ilə bitəcək.
Astronomların sözlərinə görə, planetlər paradını aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq.
Planetlərin kiçik paradı ən ecazkar astronomik hadisələrdən biri hesab olunur. Bu zaman Günəş sisteminin planetlərinin bir hissəsi kiçik sektorda Ayın bir tərəfində sıralanacaq.
Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər. Sözügedən hadisənin əsas iştirakçıları Venera, Mars, Yupiter, Merkuri və Ay olacaq.
Oxunub: 4225
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI