Sürücülərin nəzərinə: Bu yolda sürət həddi artırıldı
10:25 20 Sentyabr 2018
Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sürət həddi bəlli olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti Anar Nəcəflinin Femida.az-a verdiyi açıqlamaya görə, uzun müddətdir təmiri aparıldıqdan sonra yaxın günlərdə açılışı edilən yolun sürət həddi saatda 120 km/saat təyin olunub.
Əvvəl sözügedən yol rayon ərazilərindən keçdiyi üçün sürət həddi 60-90, bəzi yerlərdə isə 100 km/saat idi. Lakin köhnə yol həddən artıq pis vəziyyətdə olduğu üçün avtomobillər yüksək sürətlə gedə bilmirdi.
Qeyd edək ki, yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 693 dairəvi və düzbucaqlı su keçidi, 65 yeraltı keçid, 47 körpü və 3 qovşaq, həmçinin 4 tunel inşa edilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.
Bu günə qədər ümumi uzunluğu 243 km təşkil edən yol aparılan inşa işlərindən sonra 38.4 km qısalaraq 204.6 km olacaq.
Femida.az
Oxunub: 636
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"