Prezident Ramil Usubovu mükafatlandırdı


12:18     20 Sentyabr 2018 2018/09/sexsiyyet-vesiqesi_1537431646.jpg

Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2872