Sumqayıtda bədbəxt hadisə - Nənə və nəvəni maşın vurdu


12:51     20 Sentyabr 2018 piyada5.jpg

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 11 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib. Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 998