“Qızılağac” qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb


13:48     20 Sentyabr 2018 qanunsuz%20ovcu.jpg

Qanunsuz ov edən şəxs cərimələnib.



DİN-dən Femida.az-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1139


Oxşar xəbərlər