Bu şəxslər mobil telefonlara görə qeydiyyat rüsumu ödəməyəcək - YENİ QƏRAR


14:51     20 Sentyabr 2018 mobilny-net7.jpg


Azərbaycan Nazirlər Kabineti ölkəyə gətirilən mobil telefonların qeydiyyatı ilə bağlı növbəti dəyişiklik barədə qərar qəbul edib.

Femida.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, mobil cihazların ölkəyə gətirilməsi ilə bağlı yeni rüsumlar satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara aid edilməyəcək.

Sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər əvvəlki kimi mobil cihazların idxalına görə yalnız gömrük rüsumu və əlavə dəyər vergisini ödəyəcəklər.

Oxu: Mobil cihazların qeydiyyatı ilə bağlı yeni – RÜSUMLAR
Fiziki şəxslər şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə isə “Dövlət rüsumu haqqında” Qanununa uyğun olaraq, həmin cihazın bazar qiymətindən asılı olaraq, müvafiq rüsum ödəyəcəklər.

Femida.az

Açar sözlər: #mobil   #telefon   #qeydiyyat   #rüsum  

Oxunub: 1561