Prezident bu quruma yeni səlahiyyət verdi


15:38     20 Sentyabr 2018 18_09_20_1537443584.jpg

Bundan sonra Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi (IMDK) ilə razılaşdırılacaq.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyev ötən gün Komitənin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi barədə 24 iyun 2009-cu il tarixli fərmanına dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanla ƏMDK-ya yeni səlahiyyət verilib. Xatırladaq ki, Komitə indiyə qədər kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə yalnız rəy verirdi. Bu rəyin nəzərə alınıb-alınmaması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində idi.

Femida.az

Açar sözlər:

Oxunub: 556