43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub


15:43     20 Sentyabr 2018 yixilib%20meyit.jpg

Zaqatala rayonunda bədbəxt hadisə baş verib.



Femida.az report-a istinadən xəbər verir ki, rayonun Car kənd sakini, 1975-ci il təvəllüdlü Rasim Əhməd oğlu Kamalov şabalıd ağacından yıxılıb.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Kamalova 11-ci bel fəqərəsinin qəlpəli yerdəyişən sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1406