5 otaqlı ev yanıb


15:52     20 Sentyabr 2018 yangin_38673636.jpg

Beyləqan rayonunda yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildiriblər ki, yanğın rayonun Əlinəzərli kəndində ümumi sahəsi 130 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli beşotaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1088