Dövlət qulluqçusu olmaq istəyənlər, DİQQƏT! - Son 2 gün
16:01 20 Sentyabr 2018
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir. Bu barədə Femida.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirəcək.
Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 22 sentyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 22 sentyabr tarixində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.
Femida.az
Oxunub: 949
Oxşar xəbərlər
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilib
- Dövlət qulluğu imtahanına qeydiyyat başlayıb
- Dövlət qulluğuna müraciət edən 422 namizədə "yox" deyilib
- Bu şəxslər dövlət qulluğuna sınaq olmadan qəbul ediləcək
- Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçirilib
- Bu gün rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək
- Dövlət qulluğuna test imtahanı başa çatıb
- 1300-dən çox şəxs dövlət qulluğuna imtahan verdi
- Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ!