Cocuq Mərcanlı sakinlərinə xüsusi yardım ediləcək


16:20     20 Sentyabr 2018 18_09_20_1537446052.jpg


Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində 2018-ci ilin 21-22 sentyabr tarixlərində Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və "SEBA" Koreya Şərq Təbabəti Klinikasının təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində illər sonra öz torpaqlarında məskunlaşmış sakinləri dəstəkləmək üçün tədbirlər həyata keçiriləcək.

Koreya səfirliyindən Femida.az-a bildirilib ki, tədbir çərçivəsində Koreya haqqında yazılmış inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması, məktəbin bütün şagirdlərinin məktəb ləvazimatları ilə təmin edilməsi və "LG Electronics" və "Samsung Engineering"-in sponsorluğu ilə Cocuq Mərcanlı ailəsinin ziyarət olunub məişət texnikaları hədiyyə olunması nəzərdə tutulur.

İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı sərəncam imzaladı
Eyni zamanda Cocuq Mərcanlının 200 nəfərdən çox sakininə "SEBA" Koreya Şərq Təbabəti Klinikasının Şərq və Qərb üsulları ilə müayinə və müalicə aparan 6 Azərbaycan-Koreya mütəxəssis həkiminin, 4 tibb personalının və 10 nəfər köməkçi heyətin iştirakı ilə tibbi xidmət göstəriləcək.

Qeyd edək ki, bu tədbir "SEBA" Koreya Şərq Təbabəti Klinikasının sayca 5-ci layihəsidir. Onlardan 3-ü Koreya Səfirliyi ilə birgə həyata keçirilib.

Bu dəfəki tədbir çərçivəsində, həmçinin "SEBA" Koreya Şərq Təbabəti Klinikası tərəfindən məktəbin bütün şagirdlərinə hər bir şagirdin yaş kateqoriyasına uyğun olaraq "TEAS PRESS" Nəşriyyat evinin kitablarının hədiyyə edilməsi də nəzərdə tutulur.

Koreya Respublikasının Azərbaycandakı səfirliyi 2014-cü ildən başlayaraq Dağlıq Qarabağ müharibəsi zamanı yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirləri təşkil etməkdədir. Bu cür tədbirlərin ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 875