Dövlət qoruğunda ov etmək istəyən şəxs cərimələndi


18:58     20 Sentyabr 2018 qanunsuz%20ovcu.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruğun ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı təqsirkar şəxsin Masallı rayon Ərəb kənd sakini Vasif Dövlətov olduğu məlum olub. Faktla bağlı V.Dövlətov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi və patron götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 722