Erməni ekspert: Ermənistan Azərbaycana uduzur


20:19     20 Sentyabr 2018 azvision%20irevan.jpg

Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir.

Bunu separatçı erməni KİV-lərinə müsahibəsində informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan deyib.

Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini “dondurulmuş” hesab etmək olar: “Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”.

S.Martirosyan qeyd edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu. Ekspert həmçinin internetin Ermənistan seqmentində saxta xəbərlərin çoxluğundan şikayət edib. (Trend)

Femida.az

Açar sözlər:

Oxunub: 4008