Psixotrop maddə keçirmək istəyən qadın saxlanılıb


17:30     08 Oktyabr 2015 56049eb3-e4d8-44da-a3c9-5311188b5699.jpg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 180 həbdən ibarət psixotrop maddənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.


DGK-dan Femida.az-a verilən məlumata görə, idarənin əməkdaşları Tehran-Bakı aviareysi ilə gələn sərnişin Qurbanova Təhminə İsmayıl qızının baqajına müvafiq qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçiriblər. Yoxlama zamanı üzərində “Alprazolam 0.5 mq” sözləri yazılmış, 2 ədəd dərman qutularına qablaşdırılan 18 ədəd konvalyutda açıq çəhrayı rəngli 180 ədəd həb aşkar olunub.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə Qurbanova Təhminə İsmayıl qızında aşkar edilən həblər zavod üsulu ilə hazırlanan “Alprazolam” adlı dərman preparatıdır və bu dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına daxildir.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 891