Bu gün bu qəsəbələrdə su olmayacaq


09:32     21 Sentyabr 2018 18_09_21_1537508002.jpg


Bu gün Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Femida.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər: #qəsəbə   #su  

Oxunub: 522