Məhkumlar həbsə qayıtdılar


18:17     08 Oktyabr 2015 1422464061_hebs6.jpg

Bakıda gənci bıçaqlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən xəbərə görə, hadisə Sabunçu rayonunda baş verib.


Belə ki, oktyabrın 7-də Ramana qəsəbə sakini, 1990-cı il təvəllüdlü Yavər Ağayevə bıçaq xəsarəti yetirib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1990-cı il təvəllüdlü Yavər Ağayevə bıçaq xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1981-ci il təvəllüdlü Ramid Abdullayev tutulub.

Digər hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 18-də Biləcəri qəsəbə sakini, 1989-cu il təvəllüdlü Mərahim Əliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Məhəmməd İbrahimov tutulub.

Açar sözlər:

Oxunub: 850