Rusiyalı iş adamları Azərbaycanda tərəfdaş axtarır
11:49 21 Sentyabr 2018
Rusiya Federasiyasının Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının dəvəti ilə azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti 19 sentyabr 2018-ci il tarixdə Stavropol şəhərinə səfər edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibin müavini Fuad Hümbətovun rəhbərlik etdiyi nümayəndə heyətinə Azersun Holdinq, Bakı Tekstil Fabriki, Sumqayıt Texnologiyalar Parkı, kənd təsərrüfatı məhsulları və alkoqol içkilər istehsal edən şirkətlərin nümayəndələri daxildir. Səfər çərçivəsində bu gün bölgənin iş adamları ilə görüşlər keçirilib.
Stavropol vilayətinin Ticarət və Sənaye Palatası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK tərəfdən baş katibin müavini Fuad Hümbətov, digər tərəfdən isə Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Boris Obelenes imzalayıb. Digər əməkdaşlıq müqaviləsi isə ASK ilə Stavropol vilayətində Sahibkarlığa Dəstək Fondu arasında imzalanıb.
Stavropol vilayətində kənd təsərrüfatı, kimya sənayəsi, xüsusən kənd təsərrüfatı sahəsində istifadə olunan avadanlıqlar üçün ehtiyat hissələri, nişasta, azot, un və un məmulatları istehsal edən yerli şirkətlər Azərbaycan bazarına məhsullarını ixrac etmək üçün tərəfdaş axtardıqlarını bildiriblər.
Amin Nəzərli
Femida.az
Oxunub: 746
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib