Etimad İsmayılov dəfn edildi - Türk bayrağında


11:57     21 Sentyabr 2018 18_09_21_1537516748.jpg


Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu Etimad İsmayılovla vida mərasimi başlayıb.

Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhumla vida mərasimi İ. İsmayılovun Nardarandakı bağ evində keçirilir. Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb. Onların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də var.

Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunacaq.

Dəfn zamanı İsmayılovun tabutunun Türkiyə bayrağına bükülməsi diqqətdən qaçmayıb.





Femida.az

Açar sözlər:

Oxunub: 1178