Siqaret çəkən azyaşlı kimdir? - Komitə hərəkətə keçdi

Siqaret çəkən azyaşlı kimdir? - Komitə hərəkətə keçdi


12:50     21 Sentyabr 2018 2018/09/siqar_1537518513.jpg


Dəfələrlə bu mövzuda yazılar yazılsa da, xəbərdarlıqlar edilsə də, təəssüf ki, analoji hallarla yenə qarşılaşırıq. Söhbət azyaşlılara qarşı böyüklər tərəfindən öyrədilən pis vərdişlərdən gedir. Sosial şəbəkələrdə yayılan növbəti video bunu deməyə əsas verir. Videonun hansı tarixdə çəkildiyini müəyyənləşdirmək olmasa da, Azərbaycanda qeydə alındığı bəlli olur.

Görünür ki, toy mərasimidir və Azərbaycan musiqisi səslənir. Uşaq isə yanındakı böyüyün təkidi ilə siqaret çəkir və rəqs edir. Təəssüf doğuran məqam isə odur ki, 3-4 yaşlı körpə siqareti peşəkarcasına çəkir. Yəni bu onun ilk təcrübəsi deyil.

Videonu təqdim edirik:



Femida.az məsələnin ictimailəşməsi üçün dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin hüquq şöbəsinin əməkaşı Seymur Məmmədov bildirib ki, uşaqlarla bağlı vaxtaşırı televiziyada və ya internet informasiya ehtiyatlarında yayılan mənfi hallar Komitəni narahat edən əsas məsələlərdəndir:

"Bu istiqamətdə Komitə daima valideynləri məsuliyyətli olmağa çağırır. Çünki uşaqların təlim tərbiyəsində valideynlərin əməyi böyükdür. Lakin bir çox hallarda yayılan video kadrlar valideyn məsuliyyətsizliyinin təzahürü kimi qiymətləndirilir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Və öz hüquq və vəzifələrə yetirən zaman valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına diqqət yetirməli uşaqların tərbiyəsində yaxından iştirak etməlidirlər.

Məlumat üçün bildiririk ki, uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bu kimi halların davam etməsi hüquq mühafizə orqanları tərəfindən valideynlərə qarşı daha ciddi tədbirlərin görülməsi nəticələnə bilər.

Hazırda uşağın siqaret çəkməyinə dair yayılan video kadrla bağlı olan məsələ Komitə tərəfindən araşdırılır və yaxında zamanda aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılacaq".

Xatırladaq ki, Femida.az ötən həftələrdə də bənzər problemi işıqlanırmış və məsələnin hüquqi tərəflərini araşdırmışdı:

Uşaqlarını siqaret və içkiyə öyrəşdirən valideynləri HANSI CƏZA GÖZLƏYİR?

Bu məqalədən sonra DİN əməkdaşları yazıda sözügedən uşaqların valideynlərini taparaq onları inzibati məsuliyyətə cəlb etmişdi.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ailə   #qadın   #uşaq   #siqaret   #video   #komitə   #femida   #hüquq   #valideyn   #AQUDK  

Oxunub: 1957