Səfər Mehdiyev vətəndaşların problemlərini dinlədi
14:00 21 Sentyabr 2018
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sentyabrın 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda bölgədə yerləşən - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Femida.az
Oxunub: 873
Oxşar xəbərlər
- Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfər Mehdiyev ÜGT-nin Baş katibinin müavini ilə görüşüb
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
- Səfərbərlik Xidməti çağırışçılara müraciət edib
- Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib
- Səfərbərliyə çağırılmış vətəndaşların tərxisi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Səfərbərliyə cəlb olunan şəxslər əmək haqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA