Nazirlikdə görüş keçirilib


14:18     21 Sentyabr 2018 2018/09/1363--1537524772_1537525437.jpg

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti ilə görüş keçirilib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə Asiya İnkişaf Bankının nümayəndələri Sok Yonq Yun, Səbinə Cəfərova, Maykl Robert Minqes, Andre Kvitovski, Əziz Heydərov, kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və nazirliyinin nümayəndələri iştirak ediblər. Tərəflər innovasiyaların və rəqəmsal inkişaf texnologiyalarının kənd təsərrüfatına tətbiqi mövzusunda müzakirələr aparıblar.

Asiya İnkişaf Bankının nümayəndəsi Sok Yonq Yun təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri haqqında çıxış edib, uğurlu layihələr haqqında məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanlarından danışıb.

Daha sonra kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova birgə əməkdaşlıq potensialı və perspektivlərlə bağlı fikirlərini bölüşüb, kiçik və orta sahibkarlığa, eləcə də startaplara dəstək, “Ağıllı Kənd”, “Elektron Aqrosistem”, “Açıq Məlumat Sistemi” layihələri, aqrar təhsildə innovasiyalar, aqrar elmin inkişafı sahəsində qarşılıqlı təcrübə mübadiləsi barədə söz açıb.

Sonda aqrar sektorun inkişafına dair strateji fəaliyyət istiqamətləri, texnoloji innovasiyaların müasir tələblərə və inkişaf etmiş ölkələrin qabaqcıl tətbiqi təcrübələrinə uyğunlaşdırılması və digər müxtəlif təkliflər müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 899