Cahangir Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb
15:38 21 Sentyabr 2018
AZAL-ın prezidenti Cahangir Əsgərov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüş keçirib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş zamanı cari ilin oktyabrın 30-dan etibarən açılması planlaşdırılan yeni Bakı-Cenevrə-Bakı reysləri ilə bağlı məsələlər müzakirə olunub.
Cahangir Əsgərov bildirmişdir ki, Cenevrəyə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.
Öz növbəsində, səfir bu istiqamətin açılmasına görə AZAL-ın prezidentinə təşəkkür edib və bu reysin təşviqində “Azərbaycan Hava Yolları”na istənilən lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Tərəflər sərnişinlərin bu reysə cəlb olunması və turist axının artırılması üçün birgə səylərin gücləndirilməsi, eyni zamanda hər iki ölkənin turizm rəsmilərinin iştirakı ilə müzakirələri davam etdirmək barədə razılığa gəlmişdirlər.
Femida.az
Oxunub: 1521
Oxşar xəbərlər
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Cahangir Hacıyev və Dünyamin Xəlilovun işi ilə bağlı yeni apellyasiya baxışı təyin olunub
- Cahangir Hacıyev Ali Məhkəməyə şikayət verdi
- Cahangir Hacıyevin şikayəti təmin edilməyib
- Cahangir Hacıyevin ərizəsi təmin edilməyib
- Cahangir Hacıyev bəraət istəyib
- Cahangir Hacıyevlə bağlı məhkəmə keçirilib
- Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
- Cahangir Hacıyev apelyasiya şikayəti verib
- Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub