Batan balıqçı xilas olundu - Xəzərdə


19:08     08 Oktyabr 2015 boat_fishing_071114.jpg

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas olunub.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (Şıx-2 xilasetmə məntəqəsindən 7 km aralı, nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşib.

Dərhal FHN-in dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub, köməksiz vəziyyətdə qalmış balıqçını xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:37-də başa çatıb.

Açar sözlər:

Oxunub: 700