Daha bir nəfər cərimələndi - İcazəsiz ovçuluq


17:17     21 Sentyabr 2018 2018/09/ovcu_1537536158.jpg

21 sentyabr 2018-ci il tarixində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.


Nazirlikdən Femida.az-a verilən məlumaat görə, araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub. Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.


Femida.az

Açar sözlər:

Oxunub: 2145