Sumqayıtda FACİƏ - İki uşaq anasını maşın vurub öldürdü


17:32     21 Sentyabr 2018 piyada%20qadin.jpg

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin "Şərq Bazarı" adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Aynaxanım İsabala qızı Rəhimovanı yolu keçərəkən avtomobil vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə qadın uşaqlarını məktəbə aparıb qoyduqdan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1748