Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edənə cəza istənildi


19:28     21 Sentyabr 2018 2018/09/5aacad1d25e11_549952_1537539542.jpg

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Mirzə Şəmsiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prosesdə zərərçəkən çıxış edərək şikayətçi olduqlarını və dəyən ziyanın ödənilməsini istəyib.

Firəngiz Ulutürk də çıxış edərək ona dəyən ziyandan 1600 manat qaldığını və onu tələb etdiyi deyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Proses sentyabrın 28-də davam edəcək.

Qeyd edək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək həyat yoldaşı Firəngiz Ulutürkə qarşı, təxminən, 4 min manat məbləğində dələduzluq edib. İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur. Həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1807