Bakıda ikimərtəbəli bina yanıb


19:40     21 Sentyabr 2018 yangin_38673636.jpg

Bakının Xətai rayonunda yanğın olub.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli binanın (müxtəlif təyinatlı obyekt kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Femida.az

Açar sözlər:

Oxunub: 739