Mikayıl Müşfiq bağında kitab sərgisi


09:41     22 Sentyabr 2018 2018/09/mushfiq_1537595531.jpg

Yasamal rayonu Mikayıl Müşfiq bağında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibətilə sərgi keçirilib.


Femida.az xəbər verir ki, sərgi “Açıq kitabxana”, “XXI əsr gənclər kitabxanaları - ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində reallaşıb.

Sərgidə Azərbaycan və rus dillərində müxtəlif sahələri əhatə edən 500-dək kitab “Bədii ədəbiyyat”, “İctimai-siyasi ədəbiyyat”, “Elm”, “İnformatika”, “İncəsənət”, “Xarici ədəbiyyat”, “Uşaq ədəbiyyatı” adları altında oxuculara təqdim olunub. Həmçinin sərgidə “İnformasiya daşıyıcıları” adı altında Azərbaycan və rus dillərində disklərə xüsusi yer ayrılıb. Açıq havada gün ərzində davam edən kitab sərgisi yüzlərlə oxucunun, ədəbiyyatsevərlərin diqqətini cəlb edib.

Kitabxananın əməkdaşları oxuculara kitablar barədə ətraflı məlumat verib və onları kitabxanaya üzv olaraq kitab fondundan istifadəyə dəvət edib. Sərgi zamanı onlarca oxucu kitabxanaya üzv olub. Həmçinin sərgidə iştirak edənlərə kitabxana tərəfindən müxtəlif sahələrə dair kitablar hədiyyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 620